"Fələstinin maraqlarını müdafiə etməkdən əl çəkməyəcəyik" - İordaniya Kralı

12:28 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya kralı II Abdullah bin Hüseyn bildirib ki, "Fələstin bizim qırmızı xəttimiz olaraq qalacaq və biz onun maraqlarını müdafiə etməkdən əl çəkməyəcəyik".

Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, Kral deyib: "Hazırda Fələstin ərazilərində baş verən təhlükəli eskalasiya və zorakılıq, şiddət və təcavüz aktları ikidövlətli həllə əsaslanan ədalətli və hərtərəfli sülhə nail olmadan regionumuzda sabitliyin yaranmayacağına sübutdur. İordaniyanın mövqeyi əvvəlki kimi dəyişməz qalacaq. Müsəlman və xristianların müqəddəs yerlərini bütün çətinliklərə rəğmən, müdafiə edin, qoruyun. Biz Qüdsü qorumaq məsuliyyətimizə görə bu müqəddəs şəhərdəki rolumuzdan əl çəkməyəcəyik”.

Kral II Abdullah bildirib ki, İordaniya ərəb qardaşlarının yanında olmaq və ərəb həmrəyliyi səngərində qalmaq üçün əlindən gələni etməyə davam edəcək. "Vətənimiz İordaniya Kral Ordusunun qəhrəmanları və təhlükəsizlik qurumları tərəfindən qorunmağa davam edəcək", - Kral bildirib.

Siyasət rubrikasından digər xəbərlər